...

Paytaxtda ikimərtəbəli ev yanıb

Hadisə Materials 10 May 2018 17:46 (UTC +04:00)
Bakının Binəqədi rayonunda yanğın baş verib.
Paytaxtda ikimərtəbəli ev yanıb

Bakı. Trend:

Bakının Binəqədi rayonunda yanğın baş verib.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 476 kv.m olan ikimərtəbəli evin (hazırda yaşayış yoxdur) dam örtüyünün yanar konstruksiyaları 238 kv.m sahədə və mansardasına yığılmış 5 ton avtomobil ehtiyat hissələri yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti