Bakı. Trend:
Bakı şəhərində yaşayış binasında yanğın olub.
FHN-dən Trend-ə verilən məlumata əsasən, şəhərin Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 58 m² olan 3 otaqlı mənzilin mətbəxində ev əşyası və məişət texnikası yanıb.
Yüksək temperaturdan mətbəxin və dəhlizin lambirdən ibarət tavanı 30 m² sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.