...

Bakıda avtomobildən 3500 manatlıq qızıl oğurlanıb

Hadisə Materials 16 May 2018 14:31 (UTC +04:00)
Oğurluq etdiyinə görə tutulmuş Həsənqulu Qurbanovun avtomobildən 3500 manat dəyərində qızıl əşyalar oğurlaması da müəyyən edilib.
Bakıda avtomobildən 3500 manatlıq qızıl oğurlanıb

Bakı. Trend:

Bakıda avtomobildən 3500 manat dəyərində qızıl əşyalar oğurlanıb.

DİN-dən Trend-ə verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Həsənqulu Qurbanovun ətrafında Nizami RPİ 24-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış tədbirlərlə onun cari il martın 6-da rayon ərazisində “VAZ-2112” markalı avtomobildən 3500 manat dəyərində qızıl əşyalar oğurlaması da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti