...

Xətaidə evdən içərisində 30 min dollar və 100 min manatlıq qızıl olan seyf oğurlanıb (FOTO)

Hadisə Materials 21 May 2018 16:26 (UTC +04:00)
Xətaidə evdən içərisində 30 min dollar və 100 min manat dəyərində qızıl-zinət əşyaları olan seyfi oğurlayan şəxslər saxlanılıb.
Xətaidə evdən içərisində 30 min dollar və 100 min manatlıq qızıl olan seyf oğurlanıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Xətaidə evdən içərisində 30 min dollar və 100 min manat dəyərində qızıl-zinət əşyaları olan seyfi oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, aprelin 22-də paytaxt sakini Xətai Rayon Polis İdarəsinə müraciət edərək rayon ərazisində yerləşən fərdi yaşayış evindən içərisində 30000 dollar və 100000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfin oğurlandığını bildirib.

Xətai Rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsi əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən Bakı şəhər sakini İmamverdi Həsənov, Sahib Həsənbəyli, həmçinin əvvəllər məhkum olunmuşlar - Elnur Aslanov və Aslan Qasımov saxlanılaraq istintaqa təhvil veriliblər.

Araşdırma zamanı müəyyən olunub ki, dəstə üzvü S.Həsənbəyli zərərçəkənin mənzilində külli miqdarda pul olması barədə əvvəlcə İ.Həsənova məlumat verib. O isə öz növbəsində digər dəstə üzvləri E.Aslanov və A.Qasımovla birlikdə qeyd edilən evdən oğurluq etmək qərarına gəlib.

Seyfi ələ keçirəndən sonra dəstə üzvləri S.Həsənbəylinin Abşeron rayonunda yerləşən bağ evinə yollanıblar. Orada seyf kəsilərək açılıb və əldə edilən pul saxlanılan şəxslərin arasında bölünüb. Seyfdə olan qızıl-zinət əşyaları S.Həsənbəyli və İ.Həsənov tərəfindən satılandan sonra həmin pullar da yenidən dəstə üzvləri arasında bölüşdürülüb.

Qeyd edilən faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti