...

Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərən şəxs zərərsizləşdirilib

Hadisə Materials 5 İyun 2018 17:41 (UTC +04:00)
Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisindəki sərhəd zastavasının yaxınlığında bir nəfərin Azərbaycanın mühafizə olunan dövlət sərhədini pozmağa cəhd göstərməsi müəyyən edilib.
Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərən şəxs zərərsizləşdirilib

Bakı. Trend:

Qusarda sərhəd zastavasının yaxınlığında silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib.

Qusar rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, iyunun 4-də saat 21:40 radələrində Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisindəki sərhəd zastavasının yaxınlığında bir nəfərin Azərbaycanın mühafizə olunan dövlət sərhədini pozmağa cəhd göstərməsi müəyyən edilib.

Saxlanılması ilə bağlı qanuni tələblərə tabe olmayan sərhəd pozucusu - 1996-cı il təvəllüdlü Zeynalov Vadim Mərdanoviç hüquq mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərib, cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla zərərsizləşdirilib.

Meyitin üzərinə keçirilmiş baxış zamanı 1 ədəd “Makarov” tipli tapança aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Qusar rayon prokurorluğunda müvafiq araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti