...

Gəmi qəzası - 180 nəfər sularda qərq oldu

Hadisə Materials 20 İyun 2018 15:20 (UTC +04:00)

Bakı. Trend:

İndoneziyada gəmi qəzası baş verib.

Trend-in məlumatına görə, qəza Şimali Sumatra vilayətindəki Toba gölündə baş verib. Məlumata görə, qəza nəticəsində azı 2 nəfərin öldüyü bildirilib, daha 180 nəfər isə sularda qərq olub.

Qəzanın baş vermə səbəbləri barədə dəqiq bildirilməyib. Hazırda axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd edilir.

Qeyd edək ki, sönmüş vulkanın kraterində yerləşən Toba dünyanın vulkanik mənşəli ən böyük gölüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti