...

Azər­­­­­­bay­can dövlət sərhədindən 2 əcnəbinin saxta sənədlərlə keçmək cəhdinin qarşısı alınıb (FOTO)

Hadisə Materials 22 İyun 2018 09:22 (UTC +04:00)
Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən sər­­həd təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlər uğurla da­vam etdirilir.
Azər­­­­­­bay­can dövlət sərhədindən 2 əcnəbinin saxta sənədlərlə keçmək cəhdinin qarşısı alınıb (FOTO)

Bakı. Trend:

Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən sər­­həd təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlər uğurla da­vam etdirilir.

DSX-dən Trend-ə verilən məlumata görə, son gün­lər­də 2 xarici vətəndaşın saxta sənədlərlə Azər­­­­­­bay­can dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb.

17 iyun tarixində “Bakı-Doha” rey­sinin rəsmiləşdirilməsi za­ma­­nı 1991-ci il təvəllüdlü Ali Shah adlı Pakistan vətəndaşının paspor­tundakı Yaponiya vizasının həqiqiliyi şübhə doğurub, laboratoriya şə­raitində də­rin­ləşdirilmiş yoxlama zamanı vizanın saxta olması təsdi­qini tapıb.

19 iyun tarixində “Bağdad-Bakı” reysi ilə gəlmiş İtaliya vətəndaşı 1985-ci il təvəllüdlü Yousif İbrahim John adlı şəxsin pasportunun hə­qiqiliyi şübhə doğurub, dərinləşdirilmiş yoxlama nəticəsində paspor­tun məlumat səhifəsi dəyişdirilməklə saxtalaşdırılması müəy­yən edil­ib. Araşdırma nəticəsində həmin şəxsin 1983-cü il təvəllüdlü İraq vətəndaşı Hayder Hashim İbrahim olması müəyyən olunub.

Saxlanılmış əcnəbilər barəsində müvafiq təd­bir­­lər həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti