...

Metronun "28 may" stansiyasında soyğunçuluq edən şəxs tutulub

Hadisə Materials 27 İyun 2018 12:37 (UTC +04:00)
Metropolitendə Polis Şöbəsi əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində ictimai nəqliyyatda soyğunçuluğa cəhd edən şəxs cinayət başında yaxalanıb.
Metronun "28 may" stansiyasında soyğunçuluq edən şəxs tutulub

Bakı. Trend:

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində ictimai nəqliyyatda soyğunçuluğa cəhd edən şəxs cinayət başında yaxalanıb.

DİN-dən Trend-ə verilən məlumata görə, iyunun 26-da saat 8 radələrində metronun “28 May” stansiyasının girişində naməlum şəxs bir qadının çantasını açıq talama yolu ilə alaraq aradan çıxmağa çalışıb. Polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində soyğunçuluq etməkdə şübhəli bilinən həmin şəxs yaxalanıb.

Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nadir İsrafilov olduğu müəyyən edilib.

Metropolitendə Polis Şöbəsində saxlanılan şəxsin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti