...

Siyəzəndə avtomobillər toqquşdu - Ölən var

Hadisə Materials 7 İyul 2018 17:18 (UTC +04:00)
Siyəzən rayonunun Gilgilçay kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib
Siyəzəndə avtomobillər toqquşdu - Ölən var

Bakı. Trend:

Siyəzəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

DİN-dən Trend-ə verilən məlumata görə, iyulun 7-də saat 1 radələrində Siyəzən rayonunun Gilgilçay kəndi ərazisində şəhər sakini Rəfayel Məhərrəmov idarə etdiyi “Hyundai” markalı avtomobili qarşıda gedən İsmayıllı rayon sakini Cəmil Cabbarovun idarə etdiyi “Shacman” markalı avtomobilə vurub.

Nəticədə R.Məhərrəmov hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti