...

Balakən və Yevlaxda çətənə kolları aşkarlanıb

Hadisə Materials 2 Avqust 2018 15:24 (UTC +04:00)
Kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edərək götürülüb
Balakən və Yevlaxda çətənə kolları aşkarlanıb

Bakı. Trend:

Balakən və Yevlaxda çətənə kolları aşkarlanıb.

DİN-dən Trend-ə verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən RPŞ-nin əməkdaşları Yeni Şərif kənd sakini İlham Mağlıyevin həyətyanı sahəsindən 20 ədəd, Yevlax RPŞ-nin əməkdaşları Qoyunbinəsi kənd sakini Ceyhun Səfərovun həyətyanı sahəsindən 7 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edərək götürüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti