...

Gürcüstandan gələn avtomobildə xeyli sayda pirotexniki vasitə aşkarlanıb

Hadisə Materials 26 Sentyabr 2018 17:31 (UTC +04:00)
Gürcüstandan Azərbaycana keçən şəxsin avtomobilində xeyli sayda pirotexniki vasitə aşkarlanıb.
Gürcüstandan gələn avtomobildə xeyli sayda pirotexniki vasitə aşkarlanıb

Bakı. Trend:

Gürcüstandan Azərbaycana keçən şəxsin avtomobilində xeyli sayda pirotexniki vasitə aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana "Ford Tranzit 100 LD" markalı nəqliyyat vasitəsi ilə gələn Gürcüstan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, nəqliyyat vasitəsinin ön qapılarının və yan karnizinin içərisində gizlədilmiş 800 ədəd üzərində "Big Cracker" yazısı olan pirotexniki vasitə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti