...

"Mahmudçala" ovçuluq təsərrüfatında 26 partlamamış hərbi sursat aşkarlanıb (FOTO)

Hadisə Materials 27 Sentyabr 2018 18:36 (UTC +04:00)
Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 3 395 kv.m əraziyə yeraltı baxış keçirilib.
"Mahmudçala" ovçuluq təsərrüfatında 26 partlamamış hərbi sursat aşkarlanıb (FOTO)

Bakı. Trend:

25 gün ərzində ərazidə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayonu, "Mahmudçala" ovçuluq təsərrüfatının ərazisində 1 054 ədəd müxtəlif növ partlamamış hərbi sursat, 1 ədəd pnevmatik tapança, 1 ədəd AK-74 avtomatı aşkar olunub, 176 900 kv.m əraziyə yerüstü və 20 000 kv.m əraziyə isə yeraltı baxış keçirilib.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən Trend-ə verilən məlumata görə, 1 sentyabr tarixində saat 09:32-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 09:50-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Biləsuvar rayonu, "Mahmudçala" ovçuluq təsərrüfatının ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə 2018-ci il 27 sentyabr tarixində də baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 26 ədəd partlamamış hərbi sursat aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 3 395 kv.m əraziyə yeraltı baxış keçirilib.

Ərazinin partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti