...

Bakıda "bomj" piyada keçidində yıxılıb öldü

Hadisə Materials 10 Oktyabr 2018 10:40 (UTC +04:00)
Bakıda tüfeyli həyat tərzi keçirən şəxs küçədə dünyasını dəyişib.
Bakıda "bomj" piyada keçidində yıxılıb öldü

Bakı. Samir Əli - Trend:

Bakıda tüfeyli həyat tərzi keçirən şəxs küçədə dünyasını dəyişib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində, "Kubik" rəssamlıq kursunun qarşısındakı piyada keçidində baş verib.

Həmin vaxt piyada yolu ilə hərəkət edən Gennadi adlı tüfeyli həyat tərzi keçirən şəxs yolda huşunu itirərək yıxılıb.

Ətrafdakı şəxslər dərhal ona yardım edərək hadisə barədə Təcili Tibbi Yardım briqadasına məlumat versələr də, həkim briqadası hadisə yerinə çatana qədər o dünyasını dəyişib.

Meyit müayinə üçün məhkəmə-tibb ekspertizasına təhvil verilib. Müayinə zamanı meyitdə heç bir xəsarət izi aşkar edilməyib.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti