...

Göyçayda avtomobil piyadanı vuraraq öldürüb

Hadisə Materials 13 Oktyabr 2018 17:24 (UTC +04:00)
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Göyçayda avtomobil piyadanı vuraraq öldürüb

Bakı. Trend:

Göyçayda piyada ölümü ilə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə oktyabrın 12-də saat 22 radələrində baş verib.

Göyçay şəhəri ərazisində Mırtı kənd sakini Şəmsi Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Yevlax rayon sakini Niyaməddin Məmmədovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti