...

Lənkəranda avtomobil yolu keçən azyaşlını vurub

Hadisə Materials 17 Oktyabr 2018 14:03 (UTC +04:00)
Lənkəran rayon sakini olan azyaşlını idarə etdiyi avtomobillə vurub hadisə yerini tərk etməkdə şübhəli bilinən “VAZ-2103” markalı avtomobilin sürücüsü İ.İsayev saxlanılıb
Lənkəranda avtomobil yolu keçən azyaşlını vurub

Bakı. Trend:

Lənkəranda avtomobil yolu keçən azyaşlını vurub.

DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 16-da saat 12 radələrində Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini – azyaşlı Mirəziz Camalzadə vurulub. Nəticədə azyaşlıya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “VAZ-2103” markalı avtomobilin sürücüsü, Astara şəhər sakini İskəndər İsayev saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti