Bakı. Trend:
Sumqayıt şəhərinin Babək küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 19-da saat 7 radələrində Sumqayıt şəhərinin Babək küçəsində Abşeron rayon sakini Ramiz Abbasov idarə etdiyi “Hyundai” markalı 522 saylı xətt avtobusu ilə yolu keçən 50-55 yaşlı kişini vurub.
Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.