...

Yasamalda 3 otaqlı mənzil yanıb

Hadisə Materials 3 Noyabr 2018 21:59 (UTC +04:00)
Paytaxtın Yasamal rayonunda yaşayış binasında yanğın olub.
Yasamalda 3 otaqlı mənzil yanıb

Bakı. Trend:

Paytaxtın Yasamal rayonunda yaşayış binasında yanğın olub.

Trend-ə FHN-dən verilən məlumata əsasən, ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 80 m² olan 3 otaqlı mənzilin tavanı 1 m² sahədə və taxtadan ibarət arakəsmə divarı 4 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti