...

Avtobus yük maşını ilə toqquşdu - 35 yaralı

Hadisə Materials 12 Noyabr 2018 11:27 (UTC +04:00)

Bakı. Elnur Bağışov - Trend:

İranın Simnan-Gərmsar magistral yolunda bir avtobusun "İsuzu" markalı yük maşını ilə toqquşması nəticəsində 35 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi məlumat verib.

Onun sözlərinə görə, hadisə bu gün 04:25 radələrində baş verib.

Xalidi hadisə yerinə 5 təcili yardım maşınının göndərildiyini, yaralıların müalicə mərkəzlərinə aparıldığını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti