...

Qəbələyə 5 santimetrdən çox qar yağdı (VİDEO)

Hadisə Materials 12 Noyabr 2018 17:27 (UTC +04:00)
Qar rayonun dağlıq kəndləri olan Laza və Durcaya düşüb.
Qəbələyə 5 santimetrdən çox qar yağdı (VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Qəbələ rayonuna 5 santimetrdən çox qar yağıb. Trend-in məlumatına görə, qar rayonun dağlıq kəndləri olan Laza və Durcaya düşüb.

Bildirilir ki, səhər saatlarından yağmağa başlayan qar hələ də davam etməkdədir.

Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, yağan qar kənd təsərrüfatına hər hansı ziyan vurmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti