...

Füzulidə top mərmisi tapılıb (FOTO)

Hadisə Materials 22 Noyabr 2018 19:14 (UTC +04:00)
Füzulidə 1 ədəd 100 mm-lik top mərmisi (BK-16M) aşkar olunub.
Füzulidə  top mərmisi tapılıb (FOTO)

Bakı. Trend:

Füzulidə 1 ədəd 100 mm-lik top mərmisi (BK-16M) aşkar olunub.

ANAMA-dan Trend-ə verilən məlumata görə, noyabrın 21-də saat 19:23-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Füzuli rayonu, Kürdmahmudlu kəndi ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.

Havanın qaranlıq olması ilə əlaqədar Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Füzuli rayon Polis şöbəsinin əməkdaşları bu gün həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Füzuli rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə əkin sahəsinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd 100 mm-lik top mərmisi (BK-16M) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin tapıldığı yerin ətrafında 1000 kv.m əraziyə yerüstü və 100 kv.m əraziyə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti