...

Bakıda “Mercedes”in vurduğu piyada öldü

Hadisə Materials 11 Dekabr 2018 16:34 (UTC +04:00)
Z.Bünyadov prospektində “Mercedes” markalı avtomobillə paytaxt sakini vurulub.
Bakıda “Mercedes”in vurduğu piyada öldü

Bakı. Trend:

Z.Bünyadov prospektində “Mercedes” markalı avtomobillə paytaxt sakini vurulub.

DİN-dən Trend-ə verilən məlumata görə, dekabrın 10-da saat 7 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini Zaur Osmanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Məhbubə Alıyevanı vurub və nəticədə qadın hadisə yerində ölüb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti