Bakı. Trend:
Papua-Yeni Qvineyada Rixter cədvəli ilə 5,9 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, yeraltı təkanlar Yeni Britaniya adasında qeydə alınıb.
Zəlzələnin episentri yerin 10 kilometrliyində olub. Hadisə nəticəsində hər hansı bir fəsad və ya itkilərin olub-olmaması barədə məlumat verilmir.
Sunami təhlükəsinin olmadığı deyilir.