...

Bakıda yanaraq külə dönən avtomobil qoşqusunun VİDEOSU yayıldı (YENİLƏNİB)

Hadisə Materials 27 Dekabr 2018 13:49 (UTC +04:00)
Bakı şəhərinin Yasamal rayonunda traktor qoşqusunun yanar hissələri yanıb.
Bakıda yanaraq külə dönən avtomobil qoşqusunun VİDEOSU yayıldı (YENİLƏNİB)

İlk xəbər saat 13:20-də yayılıb

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakının Yasamal rayonunda yanan avtomobil qoşqusunun videosu yayılıb.

Trend-in məlumatına görə, bu gün saat 12:00 radələrində rayonun Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınan yanğın nəticəsində avtomobil qoşqusu tamamilə külə dönüb.

Qeyd edək ki, yanğın nəticəsində yüksək temperaturdan yaxınlıqda dayanmış “Hyundai” markalı minik avtomobilinin arxa buferi və “Mitsubishi” markalı minik avtomobilinin qabaq buferi qismən əriyib.

XXX

saat 13:20

Bakı şəhərinin Yasamal rayonunda traktor qoşqusunun yanar hissələri yanıb.

FHN-dən Trend-ə verilən məlumata görə, yüksək temperaturdan yaxınlıqda dayanmış “Hyundai” markalı minik avtomobilinin arxa buferi və “Mitsubishi” markalı minik avtomobilinin qabaq buferi qismən əriyib.

Avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti