...

Bakıda iki "Mercedes" toqquşdu, nəticədə...

Hadisə Materials 22 Yanvar 2019 13:48 (UTC +04:00)
Bakıda iki avtomobilin iştirakı ilə qəza baş verib.
Bakıda iki "Mercedes" toqquşdu, nəticədə...

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda iki avtomobilin iştirakı ilə qəza baş verib.

Trend-in məlumatına görə, hadisə bu gün səhər saatlarında Binəqədi şossesində qeydə qalınıb. Qəzaya səbəb isə avtomobillərdən birinin əks yola çıxması olub.

Şahidlərin sözlərinə görə, 99 BT 931 nömrə nişanlı "Mercedes E-class" markalı avtomobil mərkəzə doğru hərəkətdə olarkən, onun yoluna çıxan "Mercedes C-class" avtomobili ilə toqquşub. Nəticədə sözügedən yolda uzun tıxac yaranıb.

Hadisədə xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti