...

Hindistanda hoteldə yanğın: 9 ölü

Hadisə Materials 12 Fevral 2019 07:51 (UTC +04:00)
Hindistanın paytaxtı Yeni Dehlidə hoteldə baş verən yanğın nəticəsində 9 nəfər həyatını itirib.
Hindistanda hoteldə yanğın: 9 ölü

Bakı. Trend:

Hindistanın paytaxtı Yeni Dehlidə hoteldə baş verən yanğın nəticəsində 9 nəfər həyatını itirib.

Trend-in məlumatına görə, yanğın yerli vaxtla 04:30-da baş verib.

35 nömrəsi olan 3 mərtəbəli “Arpit Palace” hoteli paytaxta işlə bağlı səfər edən bir ailənin üzvləri tərəfindən tam tutulmuşdu.

Yerli KİV-lər ölənlər arasında uşaq və qadınını olduğunu da bildirir.

Hadisə yerində xilasedicilər və yanğın briqadaları işləyir. Ölənlərin sayı arta bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti