...

İmişlidə "Mercedes" piyadanı vurub öldürdü

Hadisə Materials 20 Fevral 2019 13:02 (UTC +04:00)
İmişli rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
İmişlidə "Mercedes" piyadanı vurub öldürdü

Bakı. Samir Əli - Trend:

İmişli rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Trendin məlumatına görə, fevralın 19-da İmişli rayonunun Qaralar kəndindən İmişli şəhəri istiqamətində hərəkət edən 1969-cu il təvəllüdlü, imişli şəhər sakini Bəylərov Teyyub Xanlar oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə İmişli sakini Sarıyev Müsaməddin Hüseyn oğlunu vurub.

Yaralı ağır bədən xəsarətləri ilə İmişli rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.

Məlumat əsasında hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə baxış keçirib, meyitin müayinəsi keçirilərək ölümün səbəbini müəyyənləşdirmək məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilib.

Faktla bağlı İmişli rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti