Bakı. Trend:
Rusiyanın Stavropol şəhərində Azərbaycandan hərəkət edən mikroavtobus qəzaya uğrayıb.
Trend-in məlumatına görə, Azərbaycandan Moskvaya sərnişin daşıyan "Mercedes" markalı miniven qarşı yola çıxan "ZİL" markalı yük avtomobili ilə toqquşub. Nəticədə 6 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyəti ağırdır.