...

Stavropolda yol qəzasında xəsarət alan daha bir azərbaycanlı xəstəxanada öldü (ÖZƏL)

Hadisə Materials 14 Mart 2019 11:08 (UTC +04:00)
Martın 6-da Bakıdan Moskvaya gedən mikroavtobusun Rusiyanın Stavropol şəhərində qəzaya uğraması nəticəsində xəsarət alan azərbaycanlı yaralılardan daha bir nəfəri dünyasını dəyişib.
Stavropolda yol qəzasında xəsarət alan daha bir azərbaycanlı xəstəxanada öldü (ÖZƏL)

Bakı. Trend:

Martın 6-da Bakıdan Moskvaya gedən mikroavtobusun Rusiyanın Stavropol şəhərində qəzaya uğraması nəticəsində xəsarət alan azərbaycanlı yaralılardan daha bir nəfəri dünyasını dəyişib.

Qeyd edək ki, daha öncə Trend-ə özəl açıqlamasında Stavropoldakı Azərbaycan diasporunun rəhbəri Fəxrəddin Yarıyev martın 11-də daha bir yaralının xəstəxanada öldüyü və bununla da qəzada ölənlərin sayının 7 olduğunu bildirmişdi.

Xatırladaq ki, martın 6-da Bakıdan Moskvaya gedən mikroavtobus Rusiyanın Stavropol şəhərində qəzaya uğramışdı. Hadisə nəticəsində mikroavtobusda olan Ağcabədi rayon sakinləri, 1962-ci il təvəllüdlü Namiq Tohid oğlu Əhmədov, 1969-cu il təvəllüdlü Ələmdar Niftalı oğlu Abdullayev, 1975-ci il təvəllüdlü Rəsul Ənvər oğlu Həsənov, 1983-cü il təvəllüdlü Şəmsi Tanrıverdi oğlu İsmayılov, 1984-cü il təvəllüdlü Vüsal Alı oğlu Quliyev və 1988-ci il təvəllüdlü Xəyal Hamlet oğlu Şirinov dünyasını dəyişib, 3 azərbaycanlı isə xəsarət almışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti