...

Göyçayda naməlum avtomobil 2 piyada qadını vurdu

Hadisə Materials 24 Mart 2019 23:35 (UTC +04:00)
Göyçayda iki piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Göyçayda naməlum avtomobil 2 piyada qadını vurdu

Bakı. Samir Əli - Trend:

Göyçayda iki piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə şəhərin mərkəzi küçələrindən birində baş verib.

Şəhər sakinləri, 2001-ci il təvəllüdlü Aslanova Nigar Zakir qızı və 1981-ci il təvəllüdlü Abdulrahmanova Samirə Rafiq qızı naməlum avtomobil tərəfindən vurulub.

Piyadalar Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti