...

Şəmkirdə azyaşlının ölümü ilə nəticələnən qəza baş verib

Hadisə Materials 9 Aprel 2019 15:38 (UTC +04:00)
Şəmkir rayonu ərazisində “VAZ-2106” və “Ford Transit” markalı yük avtomobilləri toqquşub.
Şəmkirdə azyaşlının ölümü ilə nəticələnən qəza baş verib

Bakı. Trend:

Şəmkir rayonu ərazisində “VAZ-2106” və “Ford Transit” markalı yük avtomobilləri toqquşub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 8-də saat 20 radələrində Şəmkir rayonunun Könüllü kəndi ərazisində kənd sakini A.Mehdiyevin idarə etdiyi “VAZ-2106” və Tovuz rayon sakini A.Həsənovun idarə etdiyi “Ford Transit” markalı yük avtomobilləri toqquşub.

Nəticədə A.Mehdiyevin sərnişinlərindən azyaşlı oğlu Bakir hadisə yerində ölüb, özü və digər sərnişini, habelə A.Həsənov xəstəxanaya yerləşdiriliblər.

Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti