Bakı. Trend:
Füzuli rayonunda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Yuxarı Kürdmahmudlu kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli 5 otaqlı evin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 42 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.