Bakı. Elnur Bağışov - Trend:
İranın paytaxtı Tehranda Perspolis-Sepahan matçında azarkeşlər arasında dava 1 nəfərin ölümü, 295 nəfərin yaralanması ilə nəticələnib.
Trend-in məlumatına görə, bunu İranın Tehran Təcili Yardım İdarəsinin ictimai əlaqələr şöbəsinin müdiri Məhəmməd Kərəm Dərabadi deyib.
M.K.Dərabadinin sözlərinə görə, yaralılardan biri davadan öncə həddindən artıq narkotik maddə istifadə etdiyinə görə dünyasını dəyişib.
Yaralılardan 45 nəfəri xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, ötən gün İran premyer liqasının 27-ci turu çərçivəsində Perspolis-Sepahan komandaları qarşılaşıb. Matç 0-0 hesabı ilə başa çatıb.