...

Keçmiş məhkumlar külli miqdarda narkotiklə saxlanılıb (FOTO)

Hadisə Materials 29 Aprel 2019 17:13 (UTC +04:00)

Bakı. Trend:

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1,1 kiloqramdan atıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında rayonunun Günəşli kənd sakini, əvvəllər məhkum olunmuş Bəhruz Həsənov və həmkəndlisi, əvvəllər məhkum olunmuş Xalid Cəbrayılov B.Həsənovun idarə etdiyi “Vaz 2106” markalı avtomobillə saxlanılıb. Saxlanılarkən X.Cəbrayılovun üzərinə keçirilən baxış zamanı 11.726 qram narkotik vasitə olan heroin, avtomobildən isə 1 kiloqram 105 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır

Məqalədə:
Xəbər lenti

Xəbər lenti