...

Uşaq bağçasında göbələkdən zəhərlənmə qeydə alınıb

Hadisə Materials 31 May 2019 17:00 (UTC +04:00)
Rusiyanın Çuvaşiya Respublikasında iki nəfər azyaşlı göbələkdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib
Uşaq bağçasında göbələkdən zəhərlənmə qeydə alınıb

Bakı. Trend:

Rusiyanın Çuvaşiya Respublikasında iki nəfər azyaşlı göbələkdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Trend-in məlumatına görə, uşaqların hər ikisinin 5 yaşı var.

Respublikanın Səhiyyə Nazirliyindən verilən məlumata görə, uşaqlar bağçanın həyətində gəzişərkən yabanı halda bitən göbələklərə rast gəliblər.

Göbələyi yeyən uşaqlarda mədə sancıları başlayıb və xəstəxanada onlara zəhərlənmə diaqnozu qoyulub.

Hazırda onlar ambulator müalicəyə buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti