...

Hacıqabulda naməlum avtomobil piyadanı vurub öldürdü

Hadisə Materials 11 İyul 2019 15:54 (UTC +04:00)
Hacıqabul rayonunun Muğan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Hacıqabulda naməlum avtomobil piyadanı vurub öldürdü

Bakı. Trend:

Hacıqabul rayonunun Muğan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 10-da saat 4 radələrində Hacıqabul rayonunun Muğan kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Cavanşir Qəmbərov vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti