...

Sabirabadda 2 maşın toqquşdu - 2 xanım sərnişin öldü

Hadisə Materials 16 Avqust 2019 19:39 (UTC +04:00)
Sabirabad rayonunun Nərimankənd kəndi ərazisində “QAZ-2410” və “KİA” markalı avtomobillər toqquşub.
Sabirabadda 2 maşın toqquşdu - 2 xanım sərnişin öldü

Bakı. Samir Əli - Trend:

Sabirabad rayonunun Nərimankənd kəndi ərazisində “QAZ-2410” və “KİA” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 15-də saat 8 radələrində Sabirabad rayonunun Nərimankənd kəndi ərazisində Saatlı rayon sakini Vüqar Bağırovun idarə etdiyi “QAZ-2410” və İmişli rayon sakini Ə.Xudiyevin idarə etdiyi “KİA” markalı avtomobillər toqquşub.

Nəticədə V.Bağırov və Ə.Xudiyevin sərnişinləri olan həmyerliləri Sərxoş Əliyev və Səmayə Muradova hadisə yerində ölüblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti