Bakı. Trend:
Gürcüstanda Tbilisi şəhər məhkəməsi 2019-cu ildə keçirilmiş etiraz aksiyasının dağıdılması və sərhədyanı blok-postun qurulması epizodları üzrə ittiham olunan sabiq baş nazir Georgi Qaxariya barəsində qiyabi həbs qərarı çıxarıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, 2019-cu ilin iyununda keçirilən mitinqin dağıdılması ilə bağlı iş üzrə, hüquq-mühafizə orqanlarının rezin güllələrdən istifadə etdiyi hadisədə, Qaxariya iki və daha çox şəxsin sağlamlığına qəsdən zərər vurulmasını təşkil etməkdə və səlahiyyətlərini aşmaqda ittiham olunurdu.
Məhkəmə hazırda Almaniyada yaşayan Qaxariyanın həbsi ilə bağlı prokurorluğun vəsatətini təmin edib. Qərara əsasən, sabiq baş nazir Gürcüstana qayıdacağı təqdirdə saxlanılacaq.
