...

"Qarabağ" və "Neftçi" cərimələndi

İdman Materials 13 Noyabr 2025 14:07 (UTC +04:00)
"Qarabağ" və "Neftçi" cərimələndi

Bakı. Trend:

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Trend xəbər verir ki, toplantıda Misli Premyer Liqasının XI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

07.11.2025-ci il tarixində Misli Premyer Liqasında XI turun “Qəbələ” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

08.11.2025-ci il tarixində Misli Premyer Liqasında XI turun “Zirə” – “Turan Tovuz” oyununda “Zirə” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Zirə” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

08.11.2025-ci il tarixində Misli Premyer Liqasında XI turun “Zirə” – “Turan Tovuz” oyununun 61-ci dəqiqəsində “Turan Tovuz” komandasının 19 nömrəli futbolçusu Roberto Olabe ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Turan Tovuz” komandası 500 manat cərimə edilsin (maddə 17.5, 17.7);

09.11.2025-ci il tarixində Misli Premyer Liqasında XI turun “Kəpəz” – “Sabah” oyununda “Kəpəz” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

09.11.2025-ci il tarixində Misli Premyer Liqasında XI turun “Kəpəz” – “Sabah” oyununda “Sabah” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sabah” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

09.11.2025-ci il tarixində Misli Premyer Liqasında XI turun “Qarabağ” – “Neftçi” oyununun 90-cı dəqiqəsində “Qarabağ” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Qarabağ” komandası 6000 manat cərimə edilsin (maddə 52.5);

09.11.2025-ci il tarixində Misli Premyer Liqasında XI turun “Qarabağ” – “Neftçi” oyununun 84-cü dəqiqəsində “Neftçi” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Neftçi” komandası 3500 manat cərimə edilsin (maddə 86.3);

09.11.2025-ci il tarixində Misli Premyer Liqasında XI turun “Qarabağ” – “Neftçi” oyununun 84-cü dəqiqəsində “Neftçi” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Neftçi” komandası 7000 manat cərimə edilsin (maddə 52.5);

09.11.2025-ci il tarixində Misli Premyer Liqasında XI turun “Qarabağ” – “Neftçi” oyununda “Neftçi” azarkeşləri tərəfindən oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna görə “Neftçi” komandası 3000 manat cərimə edilsin (maddə 86.3);

Qeyd edək ki, İntizam Komitəsi "Qarabağ"la oyun bitdikdən sonra hakimi təhqir etdiyi üçün Samir Abasova 4 oyunluq cəza verib, "Neftçi" isə 10000 manat məbləğində cərimələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti