...

Dövlət Neft Fondu büdcə öhdəliyini tam icra edib

İqtisadiyyat Materials 13 Noyabr 2025 14:45 (UTC +04:00)
Dövlət Neft Fondu büdcə öhdəliyini tam icra edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlər 12 milyard 67,5 milyon manat təşkil edib.

Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,3% çoxdur.

Bu il ARDNF büdcəyə 14,5 milyard manat vəsait köçürməlidir. Bununla da Fondun transfertləri proqnoza qarşı 100 faiz icra edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti