...

İKZF Sumqayıtda 219 yeni mənzili kirayə-satış mexanizmi ilə satışa çıxarır

İqtisadiyyat Materials 13 Noyabr 2025 16:36 (UTC +04:00)
İKZF Sumqayıtda 219 yeni mənzili kirayə-satış mexanizmi ilə satışa çıxarır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri, Sülh prospektində yerləşən yaşayış kompleksində 219 yeni, tam təmirli mənzilləri vətəndaşlara təqdim edir.

Trend Fonda istinadən xəbər verir ki, yaşayış sahəsi 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 347 manatdan başlayır.

Yeni mənzillər seçim üçün 20.11.2025-ci il tarixində saat 15:00-dan etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

Müraciətlərin qəbulu və mənzil seçimi Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət sistemi üzərindən həyata keçirilir.

Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsi (www.mcgf.gov.az) və rəsmi Youtube kanalından (https://www.youtube.com/@ipotekavekreditzemanetfondu), həmçinin “1549” Çağrı Mərkəzindən əldə etmək mümkündür.

Qeyd edək ki, indiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 8456 kirayə müqaviləsi bağlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti