...

Heyvanların qorunması üçün 41,9 milyon manat ayrılacaq - Nazir

Cəmiyyət Materials 13 Noyabr 2025 13:18 (UTC +04:00)
Nazir:
Heyvanların qorunması üçün 41,9 milyon manat ayrılacaq - Nazir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Kənd təssərrüfatı məhsulları istehsalçılarına məxsus mal-qaranın qarayara, dabaq, quduzluq və digər yoluxucu xəstəliklərdən qorunması məqsədilə dövlət büdcəsi hesabına vaksinləşmə aparılır.

Trend xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

“2026-cı ildə baytarlıq xidmətinin həyata keçirilməsi, dövlət büdcəsi vəsaiti hesabına dərman, vaksinlərin, baytarlıq ləvazimatların alınması üçün 41,9 milyon manat nəzərdə tutulub. Nəzərdə tutulmuş vəsaitə 3 milyon manat əlavə olunması üçün də müraciət olunub” – deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti