Bakı.Trend:
Türkiyədə C-130 təyyarələrinin uçuşu dayandırılıb.
Trend xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi rəsmisi jurnalistlərə açıqlamasında deyib.
“Təyyarələrimizin uçuşları 12 Noyabr 2025 tarixindən etibarən tədbir məqsədilə dayandırılıb. Ətraflı bütün texniki yoxlamalar aparılıb, nəzarətlərdən sonra yoxlaması tamamlanan təyyarələrin uçuşları yenidən başlayacaq”,- deyə əlavə olunub.
