...

Bu il Azərbaycanın məhsul idxal və ixrac etdiyi əsas ölkələr - SİYAHI

İqtisadiyyat Materials 13 Noyabr 2025 14:27 (UTC +04:00)
Bu il Azərbaycanın məhsul idxal və ixrac etdiyi əsas ölkələr - SİYAHI
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 173 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 115 ölkəyə məhsul ixrac olunub, 168 ölkədən idxal olunub.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məəlumata əsasən, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2025-ci ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 35,403 milyard ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 18,634 milyard dollarını və ya 52,6 faizini ölkədən ixrac olunmuş məhsulların, 16,769 milyard dollarını (47,4 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 1,865 milyard dollar məbləğində müsbət saldo yaranıb. 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,6 faiz artıb, real ifadədə isə 8,1 faiz azalıb. İdxal real ifadədə 8,3 faiz, ixrac isə 7,9 faiz azalıb.

2025-ci ilin yanvar-sentyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı 2,649 milyard dollar təşkil edib və 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən faktiki qiymətlərlə 7,6 faiz artıb, real ifadədə isə 15,7 faiz azalıb.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 25,2 faizi İtaliya, 12,3 faizi Türkiyə, 10,3 faizi Rusiya, 9,6 faizi Çin, 3,1 faizi Almaniya, 2,9 faizi ABŞ, 2,7 faizi Birləşmiş Krallıq, 2,1 faizi Çexiya, 1,9 faizi Yunanıstan, 1,8 faizi Gürcüstan, 1,7 faizi Bolqarıstan, 1,6 faizi Qazaxıstan, 1,5 faizi Xorvatiya, hər biri 1,4 faiz olmaqla Rumıniya və İsveçrə, 1,3 faizi İran, hər biri 1,1 faiz olmaqla Portuqaliya, Ukrayna və Avstraliya, hər biri 0,9 faiz olmaqla Özbəkistan və Belarus, 14,1 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

İxracın 45,8 faizini İtaliyaya, 13,9 faizini Türkiyəyə, 4,7 faizini Rusiyaya, 3,8 faizini Çexiyaya, 3,4 faizini Yunanıstana, 3,1 faizini Bolqarıstana, 2,9 faizini Xorvatiyaya, 2,7 faizini Gürcüstana, hər biri 2,5 faiz olmaqla Almaniya və Rumıniyaya, 2,1 faizini Portuqaliyaya, 1,6 faizini İsveçrəyə, 1,3 faizini Birləşmiş Krallığa, hər biri 0,9 faiz olmaqla İrlandiya və Ukraynaya, 0,8 faizini Niderlanda, hər biri 0,6 faiz olmaqla Serbiya və Tunisə, 0,5 faizini Fransaya, hər biri 0,4 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri, Tailand, İndoneziya, Çin və Qazaxıstana, 3,4 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,2 faiz), Türkiyəyə (16,4 faiz), İsveçrəyə (9,4 faiz), Gürcüstana (9,2 faiz), Ukraynaya (5,6 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (3,0 faiz), Qazaxıstana (2,6 faiz), Belarusa (2,1 faiz), Özbəkistana (2,0 faiz), Türkmənistana (1,8 faiz), ABŞ-a (1,8 faiz), İtaliyaya (1,2 faiz), Çinə (1,2 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 19,9 faizi Çin, 16,5 faizi Rusiya, 10,5 faizi Türkiyə, 5,7 faizi ABŞ, 4,3 faizi Birləşmiş Krallıq, 3,8 faizi Almaniya, 3,0 faizi Qazaxıstan, 2,7 faizi İran, hər biri 2,2 faiz olmaqla İtaliya və Avstraliya, hər biri 1,7 faiz olmaqla Meksika, Braziliya və Cənubi Afrika Respublikası, hər biri 1,6 faiz olmaqla Özbəkistan və Yaponiya, hər biri 1,5 faiz olmaqla Koreya və Belarus, 1,2 faizi Ukrayna, 1,1 faizi İsveçrə, hər biri 1,0 faiz olmaqla Fransa, Hindistan və İspaniya, 12,6 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2025-ci ilin yanvar-sentyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 34,6 faiz, təzə tərəvəz – 16,1 faiz, şəkər – 56,8 faiz, siqaretlər – 24,4 faiz, kartof – 47,0 faiz, meyvə və tərəvəz şirələri – 2,6 faiz, bitki yağları – 24,8 faiz, çay – 1,0 faiz, mineral gübrələr – 4,5 faiz, polietilen – 6,7 faiz, emal olunmamış alüminium – 44,1 faiz, sement klinkerləri – 17,5 faiz, pambıq ipliyi – 21,4 faiz artıb, meyvə və tərəvəz konservləri ixracı isə 15,2 faiz, tütün – 51,3 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 25,7 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 27,3 faiz, pambıq lifi – 8,0 faiz, polipropilen – 1,7 faiz, elektrik enerjisi – 30,4 faiz, qara metallardan borular – 3,8 faiz, qara metallardan çubuqlar – 39,3 faiz, bentonit gili – 14,5 faiz azalıb.

2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2025-ci ilin yanvar-sentyabr aylarında buğda idxalı 15,8 faiz, xam şəkər – 19,2 faiz, kartof – 18,3 faiz, təzə tərəvəz – 37,1 faiz, siqaretlər – 4,0 dəfə, minik avtomobilləri – 31,5 faiz, polad prokatı – 3,2 faiz, məişət kondisionerləri – 12,9 faiz, mebellər – 2,8 faiz, avtobuslar – 3,1 dəfə, polietilen – 19,5 faiz, mineral gübrələr – 0,7 faiz, qara metallardan çubuqlar – 2,9 faiz, polipropilen – 5,5 faiz, məişət soyuducuları – 18,5 faiz artıb, bitki yağları idxalı isə 15,9 faiz, kərə yağı, digər süd yağları və pastaları – 11,0 faiz, təzə meyvə – 14,5 faiz, şokolad və şokolad məhsulları – 2,6 faiz, unlu qənnadı məmulatları – 1,2 faiz, çay – 6,9 faiz, quş əti və onun əlavə məhsulları – 28,2 faiz, mal əti – 0,9 faiz, dərman vasitələri – 16,8 faiz, qara metallardan borular – 16,1 faiz, hesablama maşınları, blok və qurğuları – 8,7 faiz, ayaqqabılar – 4,0 faiz, rezin şinlər – 1,4 faiz, sintetik yuyucu vasitələr – 7,1 faiz, yük avtomobilləri – 3,4 faiz, paltaryuyan maşınlar – 7,0 faiz, qara metallardan künclüklər – 2,6 faiz, sement – 23,8 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti