...

Gürcüstan DİN rəhbəri “C-130” təyyarə qəzası ilə bağlı son məlumatları açıqlayıb

Dünya xəbərləri Materials 13 Noyabr 2025 14:17 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyəyə məxsus “C-130” tipli hərbi yük təyyarəsinin Gürcüstanın qəzaya uğradığı Siqnaxi bələdiyyəsinin ərazisində aparılan axtarış tədbirləri başa çatıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Gela Geladzenin verdiyi bəyanatda deyilir.

Gürcüstan daxili işlər naziri “C-130” təyyarəsinin göyərtəsində olmuş sonuncu, 20-ci şəxsin nəşinin tapıldığını təsdiqləyib.

“Dünən biz 19 meyiti prozekturaya təhvil vermişdik. Təxminən yarım saat əvvəl isə iyirminci meyiti aşkar etdik, hazırda ərazidə kriminalist-ekspertlər və istintaq qrupu işlərini davam etdirir. İstintaq üçün əhəmiyyətli olan bütün texniki vasitələr və təyyarənin parçaları tapılıb, ekspertiza aparılır. İstintaq-xilasetmə işlərində min nəfərdən çox insan – həm gürcülər, həm də türklər iştirak edir. Daxili İşlər Nazirliyinin bölmələrinə, Müdafiə Qüvvələrinin nümayəndələrinə və Türkiyə tərəfinə gördükləri işə görə təşəkkürümü bildirirəm”, – deyə Gürcüstan Daxili İşlər naziri Gela Geladze bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti