...

Avropa Parlamenti polşalı siyasətçini toxunulmazlıqdan məhrum edib

Dünya xəbərləri Materials 13 Noyabr 2025 18:33 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Parlamenti növbəti dəfə Polşanın qatı-sağçı siyasətçisi Qjeqoj Braunı toxunulmazlıqdan məhrum edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, səsvermənin nəticələrinə əsasən, Braunı toxunulmazlıqdan məhrum etməyin lehinə 554 parlamentari səs verib, 60 deputat əleyhinə olub, 20 nəfər isə bitərəf qalıb.

Xatırladaq ki, toxunulmazlıqdan məhrum edilən siyasətçi 2025-ci ilin aprelində Oleşnitsa şəhərində cərrah-həkimlə bağlı “vətəndaş həbsi” həyata keçirməyə cəhd etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti