Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanğınsöndürmə təyyarəsinin Xorvatiyada qəzaya uğraması ilə bağlı paylaşım edib.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti "X" sosial şəbəkəsində yazıb.
"Bu axşam Xorvatiyada Meşə Təsərrüfatı Baş İdarəmizə məxsus yanğınsöndürmə təyyarəsinin qəzaya uğraması xəbərini aldıq. Pilotlarımızdan birinin şəhid olduğu bu faciəli qəzadan dərin kədər hissi keçirirəm. Allahdan şəhidimizə rəhmət diləyir, ailəsinə, ölkəmizə və millətimizə başsağlığı verirəm", - deyə paylaşımda bildirilib.