...

Paytaxtda üçotaqlı ev yanıb

Hadisə Materials 26 Sentyabr 2019 17:30 (UTC +04:00)

Bakı. Trend:

Bakının Nizami rayonunda ümumi sahəsi 100 kv.m olan birmərtəbəli evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, üçotaqlı evin mətbəxinin yanar konstruksiyaları 20 kv.m sahədə və içərisindəki məişət avadanlıqları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti