...

Biləsuvarda daxili orqanında heroin keçirmək istəyən şəxs saxlanılıb

Hadisə Materials 5 Oktyabr 2019 15:01 (UTC +04:00)
İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan vətəndaşı Biləsuvar gömrük postunda saxlanılıb və şifahi sorğu-sual edilib.
Biləsuvarda daxili orqanında heroin keçirmək istəyən şəxs saxlanılıb

Bakı. Trend:

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan vətəndaşı Biləsuvar gömrük postunda saxlanılıb və şifahi sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, bu zaman o, üzərində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı bir predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildirib.

Şəxsi yoxlama zamanı özünü şübhəli apardığından, vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. O gömrük əməkdaşlarının müşayiəti ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılacağı zaman daxili orqanında narkotik vasitə olduğunu etiraf edib. Müayinə zamanı onun daxili orqanı - düz bağırsağında yapışqanlı lentə bükülmüş 2 ədəd bükümdə ümumi çəkisi 51 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti