...

Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb (FOTO)

Hadisə Materials 26 Oktyabr 2019 16:22 (UTC +04:00)
Azərbaycan Respublikası istiqamətindən "Xanoba" gömrük postunun gömrük nəzarəti zonasına daxil olan "Mercedes-Benz C 180" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.
Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb (FOTO)

Bakı. Trend:

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Azərbaycan Respublikası istiqamətindən "Xanoba" gömrük postunun gömrük nəzarəti zonasına daxil olan "Mercedes-Benz C 180" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, bu zaman nəqliyyat vasitəsinin sərnişini olan Azərbaycan Respublikası vətəndaşının yükünə "Çarli" ləqəbli kinoloji xidməti it reaksiya verib və çanta əsaslı yoxlanılıb.

Nəticədə çantanın tutacaq hissəsində 2 ədəd uzunsov, qara polietilenə bükülü, xalis çəkisi 194.581 qram olan narkotik vasitə - tiryək aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti