...

Ötən gün yol qəzalarında 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Hadisə Materials 16 Noyabr 2019 11:45 (UTC +04:00)
Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 12 cinayətin üstü “isti izlər”lə açılıb.
Ötən gün yol qəzalarında 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Bakı. Samir Əli - Trend:

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 12 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib.

Bundan başqa, cinayət törətməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti